Bakıda avtomobil orta yaşlı kişini vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Şahgəldiyev Rüfət Zərbəli oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq-kəllə beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14