Bakıda avtomobil naməlum maşın tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib.
"Report" xəbər verir ki, hadisə Xocasən-Meyvəli yolunda baş verib.
Əsgərov Paşa Atamalı oğlunun idarə etdiyi "Daewoo Gentra" markalı avtomobil naməlum avtomobil tərəfindən vurulmuş qadın meyitinin üzərindən keçib.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.