Bakıda avtomobil motosikleti vurub, sürücü hadisə yerindən qaçıb

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Bilgəh qəsəbəsində avtomobil 2001-ci il təvəllüdlü Əliyev Əliheydər Mirhəsən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən onu avtomobil vurub.

Qəzanı törədən avtomobil sürücüsü hadisə yerindən yayınıb. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37