Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, minik avtomobilinin yol kənarında maneəyə çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan sərnişin 1981-ci il təvəllüdlü Mahmudova Sevinc Mirağa qızı xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30