Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospektində “Ravon Nexia” markalı, 90-PK-310 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü Cavid Məmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48