Bakıda avtomobil gənc qızı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən 1994-cü il təvəllüdlü Ağayeva Aytac İlham qızını vurub.

Xəsarət alan gənc qız ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Digər xəbərlər

Şamaxıda yenidən zəlzələ olub 28 fevral, 2026 / 02:41