Bakıda avtomobil daha bir piyadanı vuraraq öldürüb

Bakı. 10 may. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, mayın 10-da saat 1 radələrində Xəzər rayonunun Xaşaxuna qəsəbəsində Bakı şəhər sakini Əfqan Baxşıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Yarmət Xıdırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər