Bakıda avtomobil beton plitəyə çırpıldı

Bakıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “ВMW” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27