Bakıda avtomobil ana və qızını vurdu

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

“Gənclik” metrostansiyasının yaxınlığında avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mahmudova İlkanə Şıxnəsib qızını və onun qızı, 2012-ci təvəllüdlü Mahmudova Aysun Burhan qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İ.Mahmudovaya sol dizin sınığı, A.Mahmudovaya isə sol budun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır .

İlqar Abdullayev

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48