Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil 84 yaşlı kişini vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə martın 6-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydə alınıb.

Belə ki, Sadıqov Mehdi Şirazi oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə hərəkətdə olan zaman yolu soldan sağa doğru keçən piyada, 1939-cu il təvəllüdlü
Babayev Arif Nemət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18