Bakıda avtomobil 65 yaşlı piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Səmədov Şamil Böyükağa oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41