Bakıda avtomobil 63 yaşlı kişini vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Nobel prospektində avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Namazov Əmirxan Qurban oğlunu vurub. Hadisə zamanı xəsarət alan Ə.Namazov xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin və sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Ramin Şahbazov

Digər xəbərlər