Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə "Megafun" Əyləncə Mərkəzinin yaxınlığında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Sevil Balabəy qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona çanağın, hər iki əlin, yumşaq toxumalarının əziyi və sağ əlin barmağının sınığı diaqnozu qoyulub.Yaralı ambulator müalicəyə buraxılıb.