Bakıda avtomobil 54 yaşlı kişini vuraraq ayağını sındırdı

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Şirinov Raqib Vaqif oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və sol ayağın sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47