Bakıda avtomobil 49 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Baxşıyeva Xuraman Əziz qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol körpücük sümüyünün, sol ayağın və 7-8-ci qabırqaların sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27