Bakıda avtomobil 48 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində minik avtomobili yolu keçən 1972-ci il təvəllüdlü Ələkbərova Aidə Kazım qızını vurub. Nəticədə A.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatları araşdırılır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37