Paytaxtda avtomobil 38 yaşlı qadını vurub

Bakı. 13 may. REPORT.AZ/ Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində, "Araz" marketin qarşısından yolu keçmək istəyən 38 yaşlı Məcidova Kəmalə Rasim qızını avtomobil vurub. Hadisəni törətmiş sürücü xəsarət almış qadını xəstəxanaya aparıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47