Bakıda avtomobil 37 yaşlı qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Ağayeva Vəfa Gülağa qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazu sümüyünün əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26