Bakıda avtomobil 34 yaşlı piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbəsində 1986-cı il təvəllüdlü Səfərov Coşqun Allahverdi oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun çıxığı və sınığı diaqnozları qoyulub.

Digər xəbərlər