Xətai rayonunda avtomobil 33 yaşlı kişini vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən piyada, 1986-cı il təvəllüdlü Rüstəmli Fərid Aydın oğlunu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38