Bakıda avtomobil 32 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Nuranə Nizami qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05