Bakıda avtomobil 31 yaşlı qadını vurub

Bakı. 21 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Binəqədi qəsəbəsində 1986-cı il təvəllüdlü Əkbərova Qumru Rauf qızını avtomobil vurub. Nəticədə o, xəsarət alıb.

Q. Əkbərova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14