Bakıda avtomobil 28 yaşlı oğlanı vurub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1990-cı il təvəllüdlü Dadaşov Babək Novruz oğlu Binəqədi-Novxanı yolunda naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37