Bakıda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu piyadalar üçün nəzərdə tutulmayan yerdə keçən 1996-cı il təvəllüdlü Cəfərov Zaur Xaqani oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda sağ qamış sümüyünün sınığı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 Ramin Şahbazov 

Digər xəbərlər