Bakıda avtomobil gənc qızı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2002-ci il təvəllüdlü N.Rüstəmovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59