​Bakıda avtobusdan oğurluq edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Nizami rayonunda “Daewoo” markalı xətt avtobusundan açıq talama yolu ilə 24 manat pulu aparmış şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.

Belə ki, paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Məcid Qəniyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs, saxlanc yerində olan 24 manat pulu açıq talama yolu ilə aparıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Səmədov tutulub.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41