Bakıda avtobus sürücüsü sərnişini döyüb

Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki,1994-cü il təvəllüdlü Zeyniyev Elton Oktay oğlu 166 nömrəli sərnişin avtobusunun sürücüsü tərəfindən döyülüb. 

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.

Ona burun sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29