Bakıda avtobus qaçırılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda avtobus qaçırılıb. “Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədhənifə Əzimovun idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu qaçırmış Lənkəran rayon sakini Tərlan Rzazadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41