Bakıda avtobus iki avtomobillə toqquşub - FOTOLAR

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin qarşısında, Dilarə Əliyeva küçəsində 32 saylı sərnişin avtobusu “Toyota” və “Mercedes” markalı avtmobillərlə toqquşub. 

Belə ki, “Toyota” avtobusun qarşısına çıxıb. Bundan sonra isə “Toyota” yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə dəyib. Hadisə nəticəsində avtobusa və hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26