Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsidir

Bakıda atışmada yaralanan şəxslərdən biri Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsidir.

“Report” xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.

Qeyd edək ki, silahlı insidenti paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Hadisə zamanı 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.

Silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47