Bakıda arvadını ölümlə hədələyən şəxsin evindən sursat aşkarlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat aşkarlanıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Belə ki, avqustun 25-də Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci Polis Bölməsinə müraciət edərək ərinin onu ölümlə hədələməsini və yaşadıqları evdə sursat saxlamasını bildirib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47