Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 180.2.1; 180.2.2 və 178.3.2-ci maddələri ilə məhkum edilmiş Emil Ceyhun oğlu Şirinovla görüşə gəlmiş anası Səbinə Tofiq qızı Şirinovanın baxış keçirilən zaman üzərində 0,029 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47