Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Nəsirzadə Afət Mirzağa qızı və 11 yaşlı oğlu Məmmədov Kənan Rəşad oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.