Bakıda ana azyaşlı oğlu ilə birlikdə itkin düşüb

Bakıda ana azyaşlı oğlu ilə birlikdə itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 24-də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Aliyə Qurbanova 2015-ci il təvəllüdlü oğlu Yusif Qurbanovla birlikdə saat 19 radələrində, yaşadığı M.Xiyabani küçəsi, 1 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50