Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39