Bakıda ahıl kişini avtomobil vurub

Bakı. 13 iyul. REPORT.AZ/ Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi metronun "Neftçilər" stansiyasının çıxışına yaxın ərazidə qeydə alınıb.

1949-cu il təvəllüdlü Abdullayev Zakir Səməd oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu minik avtomobili vurub. 

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Z. Abdullayev təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48