Bakıda ahıl kişi yol qəzasında ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1950-ci il təvəllüdlü Musayarov Dursun Məhəmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Digər xəbərlər