Bakıda ahıl kişi qonşusu tərəfindən döyülüb

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində 73 yaşlı İsmayılov Arif Yunis oğlu qonşusu tərəfindən döyülüb.

O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51