Bakıda ahıl kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda ahıl kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Dilarə Əliyeva küçəsində yerləşən mənzillədən birində yaşayan 1956-cı il təvəllüdlü Mirzəyev Eyyub Şaban oğlu yaşadığı evdə özünə bıçaqla zərbə vurub. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47