Bakıda ahıl qadını avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Gənclik Mall"un yaxınlığında 1961-ci il təvəllüdlü, Qurbanova Tamara Bilal qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki topuğun və qabırğalarının sınığı diaqnozları qoyulub.

Digər xəbərlər