Bakıda ağır yol qəzası, iki nəfər xəsarət aldı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu qəsəbəsi Şəhər şossesində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xasaylı Qalib Sahib oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Əliağa Akif oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Həkim müayinəsindən sonra Qalib Xasaylıya sağ diz oynağının əziyi, İsmayılov Əliağaya isə çanağın əzilməsi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26