Bakıda ağır yol qəzası baş verib, ölənlər var - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***16:14

Bakıda ağır yol qəzası baş verib. 

"Report"un məlumatına görə, hadisə Böyükşor yolunda qeydə alınıb.

Belə ki, "BMV" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə "BMV" markalı avtomobildəki iki nəfər hadisə yerində keçinib. Ölənlərdən biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56