Bakıda ağır qəza olub, xəsarət alan var

Bakıda gecə saatlarında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Zərifə Əliyevanın adını daşıyan parkın yanında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov İbrahim Əhməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər