Bakıda 9 yaşlı uşağı avtomobil vurub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bakıda 9 yaşlı uşağı avtomobil vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Belə ki, rayon ərazisində yolu keçən 9 yaşlı Sadıqov Sənan Sarvan oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. S. Sadıqov xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47