Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

Bakı. 24 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda oğul anasını qəddarcasına döyərək ona ağır xəsarət yetirib.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1937-ci il təvəllüdlü Yusifova Əsmər Piri qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47