Bakıda 80 yaşlı kişi intihara cəhd edib

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda 80 yaşlı kişi intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, Atatürk prospektindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1937-ci il təvəllüdlü F.R. yaşadığı evdə intihar etmək məqsədi ilə özü-özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17