Bakıda 8 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 2010-cu il təvəllüdlü Musayev Seymur Əmirdon oğlunu Zabrat qəsəbəsində minik avtomobili vurub.

Yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin orada vəziyyəti ağırlaşan uşaq özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38