Bakıda 8 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumat görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.

Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54