Bakıda 78 yaşlı kişi evində yanaraq ölüb

Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğln olub.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, ümumi sahəsi 62 m² olan mənzildə 1 ədəd divan və döşəmə 1 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48