Bakıda yıxılan 75 yaşlı kişi 26 gün sonra ölüb.
"Report"un xəbərinə görə, sentyabrın 25-ində Nəsimi rayonu ərazisində 1950-ci il təvəllüdlü Vəliağa Əbdül oğlu Ramazanov yaşadığı Ə.İsgəndərov küçəsi, ev 50, mənzil 605-dən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş V.Ramazanov oktyabrın 19-u orada ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.